Ölkə futbolu
"Qəbələ" üçün pis xəbər: Afinada anşlaq olacaq
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması &cc…
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Afinada baş tutacaq "Panatinaikos" – "Qəbələ" oyununda anşlaq olacaq. Futbolinfo.az saytının Yunanıstan paytaxtı Afinaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, "Apostolos Nikolaidis" stadionunda 16500 biletin hamısı satılıb.
"Panatinaikos"un "Gate 13" fan-klubu ənənəvi olaraq, sevimlilərinin aparıcı dəstək qrupu olacaq. Maraqlıdı ki, stadion ətrafında oyunla bağlı heç bir afişaya rast gəlinmir.
Qeyd edək ki, "Panatinaikos" – "Qəbələ" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
CEYHUN ƏLİYEV, Afina
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”