Ölkə futbolu
Yenə başladılar: Mərkəzi arenada şıdırığı alver – FOTO
Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Li…
Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində evdə İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, matçın başlamasına bir neçə saat qalsa da, hələ də bilet satışı davam edir.
Kassada çalışanlardan aldığımız məlumata görə, 25-27 min arası bilet satılıb. Satışda olan ən ucuz biletlər minumum 5 manatdı. Həmişə olduğu kimi bu dəfə də "qara bazar" fəaliyyətdədi. 2 gündü pusquda gözləyən alverçilər bu gün işə başlayıblar. Onlar həmişə olduğu kimi, bu dəfə də biletləri öz qiymətindən dəfələrlə artıq qiymətə satırlar.
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”