Ölkə futbolu
"Panatinaikosun prezidenti: "Nәticә alçaldıcı idi"
Ötən gün Avropa Liqasında pley-off mərhələsinə yekun v…
Ötən gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə 2:2 bərabərə qalaraq, qrup mərhələsinə vəsiqə qazanıb.
Oyundan sonra rəqib klubun rəhbərliyi jurnalistlərin suallarını cavablandırıb. "Panantinaikos"un prezidenti Yannid Alafouzos oyunu belə şərh edib:
“Nәticә alçaldıcı idi. Bunu gözlәmirdik. Amma başqa seçim yoxdu. Artıq oyun bitib. Qarşıda bizi çempionat gözlәyir. "Qәbәlә" yaxşı oynadı vә qrup mәrhәlәsinә vәsiqә qazandı. Mәn azarkeşlərimizi başa düşürәm. Onlar bizә әsәbilәşmәkdә haqlıdırlar”.