Ölkə futbolu
"Qəbələ" üçün yenə yunan, "Qarabağ" nəhənglər arasında – YENİLƏNİB
Bu gün Monakoda Avropa Liqasının qrup mərhələsinin püş…
Bu gün Monakoda Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi baş tutub. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçimiz olan "Qarabağ" və "Qəbələ"nin də rəqibləri bilinib.
"Qəbələ" C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan) komandaları ilə düşüb.
J qrupunda yer alan "Qarabağ" isə nisbətən güclü rəqiblərlə – "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə üzləşəcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
Sizi bütün qruplarla tanış ediri:
A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç),
B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon"(İsveçrə),
C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)
D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya"(Polşa), "Midtylland" (Danimarka)
E qrupu: "Vilyarreal" (İspaniya), "Viktoriya" (Pilzen, Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Minsk)
F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Libereç, Çexiya), "Qroningem" (Hollandiya)
G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent Etiyen"(Fransa), "Rusenborq" (Norveç),
H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)
İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)
J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)
K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan)
L qrupu: "Atletik" (Bilbao, İspaniya), "Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)