Müsahibə
Tale Heydərov: "Bu, böyük nailiyyətdi, böyük qələbədi"
Ötən gün Avropa Liqasında pley-off mərhələsinə yekun v…
Ötən gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə Yunanıstanın "Panatinaikos" klubu ilə 2:2 bərabərə qalaraq, qrup mərhələsinə vəsiqə qazanıb.
Matçdan sonra "Qəbələ" klubun prezidenti Tale Heydərov tarixi qələbəni belə şərh edib:
– Bu, "Qəbələ" üçün tarixi nəticədi. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı…
– Bu həqiqətən də bizim üçün tarixi oyun idi. Biz bunu bilirdik. Bizim üçün bir şans idi. 4 mərhələ keçmək və qrupa düşmək Qəbələ futbolu üçün ilk idi. Mən şadam ki, bu gün həm “Qarabağ” – bizim digər təmsilçimiz, həm də biz uğurlu çıxış elədik və qrupa düşdük. Hisslərimi, sevincimi ifadə eləməkdə çətinlik çəkirəm, böyük nailiyyətdi, böyük qələbədi. Çoxları da keçəcəyimizə inanmırdı, biz böyük bir komandanı, böyük tarixə malik bir klubu yolumuzdan kənarlaşdırdıq. Üstəlik, biz buna öz meydanımızda deyil, səfər matçında nail olduq.

– Birinci mərhələni keçəndən sonra demişdiniz ki, ikini də keçmək istəyirik, ikinci mərhələdə üçü, bu minvalla artıq 4-cü mərhələni keçdiniz. Qrupdan çıxmaq haqqında necə, düşünürsünüz?
– Əlbəttə, əgər qrupa qədər yüksələ bilmişiksə, əlimizdən gələni edəcəyik ki, gözəl çıxış edək. Blirsiniz ki, qrupda zəif komanda yoxdu. Bizdən qat-qat güclü komandalar iştirak edəcək. Ən əsası odu ki, klubumuzu və ölkəmizi layiqincə təmsil edək. İnanıram ki, yaxşı nəticələr göstərəcəyik.

– Baş məşqçi Roman Qriqorçuk bildirdi ki, yeni və çox səs-küy yaradacaq bir transfer gözlənilir…
– Bu onun qərarıdı və əgər belədisə, biz artıq onun istədiyi oyunçuları axtarmağa başlamalıyıq.