Ölkə futbolu
Rəşad Sadıqov: "Hansı komandanın adını daşıdığımızı dərk edirik"
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab …
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu 3:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.
Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlama verib:
"İlk növbədə hər kəsə minnətdarlığımı bildirirəm. Bu qələbəyə çox ehtiyacımız var idi. Hansı komandanın adını daşıdığımızı dərk edirik. Layiqli mübarizə aparıb, qələbə qazandıq. Qazonun durumu hər iki komanda üçün problem yaradırdı. Hətta matçdan öncə bizim üçün daha çox çətinlik yaradacağını düşünürdük. Biz daha texnikalı futbol oynayırıq. Rəqib uzun toplardan istifadə edib, bizi çətin vəziyyətə sala bilirdi. Bütün futbolçularla fəxr edirəm. Çox mübariz oyun nümayiş etdirdilər. Məşqçilər də oyundan əvvəl tapşırıq vermişdi ki, hesabı qorumaq üçün oynamayacağıq. meydançaya fikir vermədən işimizi gömərliyik".