Milli komanda
Prosineçki: "Bu, Azərbaycan futbolu üçün önəmli hadisədi"
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab …
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu 3:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu münasibətlə klublarımızı təbrik edib təbrik edib: “Qarabağ” və “Qəbələ” klublarını uğurlu nəticə münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün önəmli hadisədi. Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışın müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.