Bizi izləyin

Ölkə futbolu

"Astana" və "Qafqazın Cırtdanı"nın fərqi

Qazaxıstan "Astana"sı astanada dayanmadı. Çempionl…

blank
Qazaxıstan "Astana"sı astanada dayanmadı. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edən əslində Asiya, reallıqda isə Avropanın yeni təmsilçisi, bu fürsətdən dərhal yararlandı. Yararlanan kimi də illik büdcəsinin 50 faizini UEFA qaytarıb verdi özlərinə… ÇL-in qrup mərhələsinə düşən tək Qazaxıstan klubu olduğuna görə 14 milyon avro! Allah bərəkət versin, xeyir işlərə xərcləsinlər.
Bəs "o əjdahadan bizdə niyə yoxdu"? Məgər "Qafqazın "Çelsi"sinin sahibi Mübariz Mənsimov "Xəzər Lənkəran"a heç vaxt 30 milyonluq büdcə ayırmayıb? Bu məlumatı "7 qıfıl arxasında” saxlayan klubun idarəçiliyinə bilavasitə cavabdeh olan Mais Mənsimovla Tuyqun Nadirov indiyədək yeganə sponsorununun nə qədər vəsait ayırdığını heç vaxt açıqlamayıb.
Ancaq tək futbolçularla bağlanan müqavilələrdə yol verdikləri fırıldaqçılığa görə dəfələrlə cərimələnən komandanın idarəediciləri kassaya ildə nə qədər vəsait daxil olduğunu əla bilirlər. Həmin vəsait ünvanına xərclənsəydi, "Xəzər Lənkəran" çoxdan Çempionlar Liqasının qrup mərhələsinin daimi sakininə çevrilmişdi.
Futbolçularla bağlı fırıldaqları əbəs yerə qabartmadıq. Ancaq üzə çıxan xəbərləri topladıqda insanı vahimə basır. Bəs üzdə olmayan, mətbuata sızmayan müqavilələr? Üçüncü sort futbolçuları "ekstra" adıyla kluba sırıyan idarəçiləri ÇL qrupu maraqlandırmır. Büdcəsinə görə "Qafqazın "Çelsi"si olmaqla iş bitsəydi, lənkəranlı futbosevərlər "Neftçi"nin, "Qarabağ"ın, “Qəbələ”nin Avropa Liqasına düşməsini gülümsəməklə qarşılayardı. Ancaq bu çılğın fanat dəstəsinin layiq olduğu uğurun qarşısını kəsən tandem klub haqda ədalətli olaraq, "Avropanın qapazaltısı" imici formalaşdırıb.
Ambisiyalarına görə cəmi bir dəfə çempionluq qazanmaq heç daxili arenada da hansısa əlahiddə nəticə sayılmır. Amma avrokuboklarda göstərilən nəticələr, klub adına bir yana, Azərbaycan üçün rüsvayçılıqdı!
2005-ci ildən qitəmiqyaslı yarışlara qatılmağa başlayan "Xəzər Lənkəran" tarixində ilk avrokubok qələbəsini 2012-ci ildə (!!!) əldə edib. Elə həmin mövsümdə də ilk dəfə mərhələ adlayıb. Əcəba, "Qafqazın "Çelsi"si nəyə görə tarixində heç vaxt heç olmasa, 2 mərhələ keçə bilməyib? Axı, hətta sınıq-salxaq "İnter" belə buna nail olmağı bacarıb. Cəmi 2-ci dəfə avrokuboklara qatılan "Qəbələ" isə "Xəzər Lənkəran"ı artıq toza basıb. Nəyin hesabına? Ancaq və ancaq idarəçiliyin düzgün qurulmasının və büdcənin həqiqətən kluba xərclənməsinin.
Qoy "Qəbələ" və digər klubların azarkeşləri inciməsin, bu gün Lənkəran fanatları ilə ayaqlaşa biləcək yalnız Gəncə təmsilçisidi. Bəs nəyə görə ən sadiq fanatlara bu qədər rəzalət yaşadılmalıdı? İsrail "Makkabi"sindən Lənkəranda alınan 8 cavabsız "şapalağ"a nə ad verək? İndiyədək avrokubok səviyəsində cəmi bircə dəfə Lənkəranda qələbə qazanan klubun (o da "cırtdan" Malta "Slima"sı üzərində 1:0) idarəediciləri nə qədər Mübariz Mənsimovu talan etməlidilər ki, baş sponsor bunu görsün? Moldovanın kənd komandası, Ataki "Nistru"sunu keçə bilmirsənsə, bu gün nəyə ümid edə bilərsən?
Bu cür idarəedicilər nə qədər ki, "Xəzər Lənkəran"ın başındadı, onlar avrokuboklara vəsiqə əldə etməsələr, yaxşıdı. Çünki "Qarabağ", "Qəbələ", "İnter", "Neftçi", "Bakı"nın çoxdan bacardıqlarına 11 ildi pulu havaya sovuran "Xəzər Lənkəran" heç yaxın belə düşə bilmir. Baş məşqçiləri "əlcək kimi" dəyişən, gəlib-gedən legionerlərin sayına görə ölkədə rekord vuran klubda ortada itirilən pulları bir yerə toplasaq, yəqin ki, cari mövsümdə Topaz Premyer Liqasında çıxış edən komandaların büdcələrinin cəmindən çox olar.
Bax, buna görə "Xəzər Lənkəran"dan sonra yaranan, heç 10 ilin komandası olmayan "Astana" bu gün Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərini tanıyır, Tuyqun Nadirov isə sədri təyin olunduğu Klublar Komitəsinin növbəti iclasındakı dahiyanə qərarlardan dəm vurur. Bax, buna görə avrokuboklarda "Xəzər Lənkəran"la qarşılaşacağını bilən istənilən komanda bunu toy-bayram kimi qəbul edir. Siz Allah, "Çelsi"nin adını biabır etməyin. Nə olsun ki, London təmsilçisinin də yüksəlişi 2004-dən, Joze Mourinyonun gəlişindən sonra başlayıb. "Xəzər Lənkəran" ancaq 2004 təvəllüdü ilə "Çelsi"ylə müqayisə oluna bilər. Nə qədər ki, Mübariz Mənsimov "Xəzər Lənkəran"ın idarəediciliyində bu tandemə güvənəcək, komanda avrokuboklarda "Qafqazın Cırtdan"ı adını daşıyacaq.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm