Premyer-liqa
“Sumqayıt”da 3 futbolçu əsas heyətdən qovuldu
Premyer Liqanın cari mövsümünə uğursuz başlayan &ld…
Premyer Liqanın cari mövsümünə uğursuz başlayan “Sumqayıt” xüsusilə “Neftçi” ilə son oyunda bərbad təsir bağışladı. Hətta 3-cü turdakı matçdan sonra komandanın baş məşqçisi Aqil Məmmədov, eləcə də klubun baş meneceri Ceyhun Sultanov bir çox futbolçunun cəzalanacağını bildirdi.
Artıq istirahəti başa vuran komandada dünən klubdaxili iclas keçirilib. Sultanov, Məmmədov və futbolçu heyətinin görüşündə bir sıra qərarlar qəbul olunub.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun verdiyi məlumata görə, futbolçuların 40 faizinə pul cəriməsi kəsilib. Onların adları aşıqlanmasa da, daha böyük cəzaya məruz qalanların – müəyyən müddətə əvəzedici heyətə gedənlərin kimliyi bəllidi. Məşqçi heyətinin təqdimatına əsasən, Emin Mehdiyev, Uğur Pamuk və Elnur Abdulov bir müddət əsas heyətdən kənar qalacaq.