Ölkə futbolu
Meza Kolli və Vobay üçün “Qəbələ” variantı
Avropa Liqasının qrup oyunları üçün heyəti gü…
Avropa Liqasının qrup oyunları üçün heyəti gücləndirmək istəyən “Qəbələ” axtarışa başlayıb. Baş məşqçi Roman Qriqorçukun istəyi ilə transferə razılıq verən rəhbərlik 2 yeni oyunçu üçün kisənin ağzını açıb.
Əsasən legioner axtaran təmsilçimiz 4 gün ərzində qəti qərarını verməlidi. Adlar dəqiq olmasa da, artıq namizədlərin axtarışı başlayıb. Təklif olunan futbolçuları nəzərdən keçirən məşqçi korpusu ən yaxşıları seçəcək.
Əldə etdiyimiz məlumata görə, namizədlər arasında Bakı “İnter”indən tanıdığımız Sezar Meza Kolli və “Neftçi”dən ayrılmış Julius Vobay da var. Çoxdan “Qəbələ”nin maraq dairəsində olan bu futbolçular yalnız daha yaxşı oyunçu tapılmadığı halda transfer edilə bilər.