Dünya futbolu
"Fənərbaxça" hücumçusunu satdı
"Fənərbaxça" seneqallı futbolçusu Mussa Sou…
"Fənərbaxça" seneqallı futbolçusu Mussa Sou ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat yayılıb.
Mənbədə bildirilir ki, 29 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubuna satılıb. Ərəblər bu keçid üçün Türkiyə təmsilçisinə 16 milyon avro ödəyib.
Qeyd edək ki, Seneqal millisinin üzvü 2012-ci ildən İstanbul klubunda çıxış edirdi.