Ölkə futbolu
Qurbanov rəqibləri dəyərləndirdi: "Belə rəqiblərlə qarşılaşmaq…"
Azərbaycan çempionu "Qarabağ" ardıcıl 2-ci mö…
Azərbaycan çempionu "Qarabağ" ardıcıl 2-ci mövsüm Aropa Liqasının qrup mərhələsində çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, "atlılar" qrupda "Monaco" (Fransa), "Anderlext" (Belçika), "Tottenhem"lə (İngiltərə) mübarizə aparacaq.
Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanov püşksonrası klub saytına açıqlama verib:
"Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidi. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün də maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq".