Ölkə kuboku
“Monako”nun vitse-prezidenti: “Qarabağ” bizim üçün yeni kəşf olacaq”
Azərbaycan çempionu "Qarabağ" ardıcıl 2-ci mö…
Azərbaycan çempionu "Qarabağ" ardıcıl 2-ci mövsüm Aropa Liqasının qrup mərhələsində çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, "atlılar" qrupda "Monaco" (Fransa), "Anderlext" (Belçika), "Tottenhem"lə (İngiltərə) mübarizə aparacaq.
Fransa klubunun vitse-prezidenti Vadim Vasilyev qrupdakı rəqibləri ilə bağlı bu sözləri deyib:
“Avropa Liqasında oynamaq heç də asan deyil. Bizi burada çətin sınaqlar gözləyir. “Tottenhem” güclü klubdu. Onlar haqqında tam məlumatımız var. “Anderlext” də zəif komanda deyil. Bu klubun oyunlarını izləmişik. Amma “Qarabağ” haqqında heç nə bilmirik. Bu komanda bizim üçün yeni kəşf olacaq. Avroliqada oynadığımız üçün fəxr edirik. Çalışacağıq ki, mümkün qədər çox irəli gedək”.