Ölkə futbolu
Nurili “Kalmar” 1 xalla kifayətləndi
İsveç çempionatının yüksək liqası sayılan All…
İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.
"Qırmızı qardaşlar" səfərdə "Hammarbü" ilə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan müdafiəçimiz oyunu əvəzedilmədən keçirib.
Qeyd edək ki, “Kalmar” hazırda 23 xalla 11-ci pillədə qərarlaşıb.