Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin qələbə yolu

26 avqust, saat 4:50. Qaranlıq Biləcəri küçələri ilə…

blank
26 avqust, saat 4:50. Qaranlıq Biləcəri küçələri ilə uzaq səfərin ilk dəqiqələri… İnam azdı, çox az. Bakıdakı oyundan 6 gün sonra taksiyə yollanmaq üçün piyada qət etdiyim 6-7 dəqiqə ərzində yalnız “Panatinaikos”la paytaxtımızdakı qarşılaşmanı lent kimi gözümün önündən keçirirdim. Rəqib “Qəbələ”dən üstün futbol oynamışdı. Bakıda belə olmuşdusa, çıxlğın fanatlarının qarşısında Afina təmsilçisinin daha böyük ruh yüksəkliyi ilə vuruşacağını götür-qoy etdikdə, bürünc mükafatçımızın şansları barədə düşünmək çətin idi…
“Qəbələ”nin “dəlilər”i
“Gənclik” metrosunun qarşısına gələn “ilk pioner” olsam da, tezliklə həmkarlarım da toplaşdı. Az sonra avtobus sürət yığdı – üzü Qəbələyə. Son 2 ayda neçənci səfərim idi? Ancaq bu dəfə Qəbələ tranzit rolunu oynayacaqdı. Çünki tezliklə Azərbaycanın bu dilbər guşəsini tərk edib, havaya qalxacaqdıq. Amma bu dəfə daha geniş heyətlə. Bir müddətdən sonra hava limanında komanda da göründü. Onları fanatlar yola salmağa gəlmişdi. Gəlmək var, gəlmək var!? Nədənsə Sovet dövrünün filmləri gözümün önünə gəldi. İnsanları Böyük Vətən Müharibəsinə yola salan dostları-tanışları, bunu elə bayram əhval-ruhiyyəsində edirdilər ki, sanki bayrama göndərirlər. “Qəbələ”ni Yunanıstana yola salan azarkeşləri də bu bayram əhval-ruhiyyəsini yaratmışdı. Onları Bakıdakı 0:0 qorxutmurdu. Onlar öz qəhrəmanlarına inanırdı. Bizim kimi, soyuq başla ilk qarşılaşmanı təhlil edən jurnalist kimi yox, öz komandalarına sonsuz məhəbbətlə bağlanan dəlilər kimi…
Uçuşun bir qədər yubanmasından istifadə edərək, George Floreskuya yaxınlaşdım. Rumınuyalı legioner noutbukunu “qurdalayırdı”. Monitorda foreks bazarının təhlininin getdiyini gördükdə, gülümsədim. Maliyyə ilə maraqlanan, futboldan kənar internet-biznesi quran 30 yaşlı Georgenin meydanda etməyi bacardığı ötürmələrin məhz forekslə əlaqəli olduğunu bir andaca başa düşdüm. İnsan riyaziyyatı sevir. Baş işlətməyi bacarır və beyin hüceyrələrindən siqnalı ayağına ötürdükdə 40-45 metrliyə sərrast ötürmələr vermək onun üçün çətinlik törətmir. Hava limanında götürdüyüm müsahibənin yalnız kiçik bir parçasını qələmə almadım. Hansını ki, məhz bu yazı üçün qorumuşdum. Floreskudan “səmimi de, Bakıdakı oyundan sonra mərhələ keçəcəyinizə inamın qalıb”, sualıma, bəbəkləri bir andaca böyüyən George “nə danışırsınız, biz qrupa düşəcəyik!”, cavabını elə bir tonda səsləndirdi ki, ilk qarşılaşmadan sonra yaranan bədbinliyim böyük ölçüdə itdi. Elə bunun nəticəsi idi ki, oyundan öncə Afinaya yollanan jurnalistər arasında keçirilən sorğuda nəticənin “Qəbələ” üçün uğurlu alınacağı proqnozunu vermişdim. Əlbəttə, dəqiq nəticəni tapmağım təsadüf idi. Əsas, cütlüyün qalibini təxmin etmək idi…
“Morfeylə ilk və sonuncu görüş”
Təyyarədəki 3 saat bir göz qırpımında keçdi. Daha sonra avtobus bizi otelə apardı. Dincəlməyə vaxt yox idi. Çantalarımızı atıb, yenidən avtobusa yollandıq. Yunanlar öz milli üslubunda idilər. Oyunöncəsi son məşqi və baş məqşçinin mətbuat konfransını günorta vaxtına salmışdılar. Təbii ki, azərbaycanlı jurnalistlər havadan nə məşqi, nə də mətbuat konfransını izləyə bilməzdilər. Ancaq “Qəbələ”də eyni ssenarini izləmək şansımız var idi. Qədim dillə desək, məsafə cəmi “1 ağac” idi. “Apostolos Nikolaidis” stadionunun ətrafı başdan-ayağa “Panatinaikos” boyalarında idi. Ya bayraq, ya emblem, ya hansısa futbolçunun adı divarlara həkk olunub. Oyuna 1 gün qalsa da, biletlərin böyük ölçüdə satıldığını eşitdikdə, təəccüblənmədik: 16500 tutumlu stadionun zəngin ənənələrə sahib “Panatinaikos” üçün doldurmaq müşkül məsələ ola bilməzdi…
Mətbuat konfransında Qriqorçukun “səhərə kimi oynamağa razıyam, təki qrupa düşən biz olaq”, deməsi, Bakıdakı 0:0-dan sonra bədbinliyə qapılmamasına işarə oldu… Gərgin gündən sonra Afina tavernanalırının birində şam yeməyinə getdik. Hər şey əla idi, ancaq… Üç həmkarımızın şengen vizası ilə bağlı problemin yaranması və bu səbəbdən Yunanıstan paytaxtına İstanbul tranziti ilə yollanması, hələ də ümumi qrupa qoşulmamalarını şərtləndirmişdi. Həzin müsuiqi sədaları altında həzm-radədən keçirilən şam yeməyinin bəzəyi son yarım saatda yaşandı – bu trionun gəlişini təmtəraqla qeyd etməyimizin əsas səbəbkarı ATV-çi İlkin Xəlilov idi. Necə deyərlər, komanda bir yerə toplaşmışdı. Gecə yarısını xeyli arxada qoyduqdan sonra Afinada səfərindəki ilk və sonuncu dəfə “Morfeylə görüş”ə yollandıq…
Akropol yolunda erməni sürücü
Ertəsi günün axşamadək ixtiyarımızda olması, Demokrit və Demosfen, Aristotel və Platon, Afrodita və Ptolemeyin vətənini seyr etmək üçün şans yaratmışdı. Həmkarlarım Ruslan Sadıxov və Mehman Süleymanovla Akropol ətrafına baş vurmağı qərara aldıq. 
Haşiyə. Müdriklik ilahəsi Afinanın dəniz Allahı Poseydonla mübahisəsini şəhərin ilk şahı – Kekrop həll edib. Kim Kekropa daha əzəmətli hədiyyə etsə, şəhər də onun adını daşıyacaqdı. Poseydon “üçdişi” yerə vurur. Yer yarılır və su qıtlığı yaşayan şəhərin ortasında bulaq vurur. Ancaq bu, dəniz suyu olur: duzlu və içilməsi mümkün olmayan. Afinanın zərbəsindən sonra isə yer yarılır və zeytun ağacı bitir. Kekropu heyrətləndirən Afinanın adı şəhərə verilir.
“Yuxarı şəhər” – qədim yunanların məskunalşdığı Akropol, müharibələr vaxtı əhalinin gizləndiyi məskən olub. “Qəbələ” İK qəzetinin əməkdaşı – Süleymanovun o boyda şəhərdə seçdiyi taksiyə isə “söz ola bilməzdi”.Yaşı 60-ı keçmiş sürücüyə Akropola yollanmaq istədiyimizi söyləyib, yola düşdük. Ana dilimizdə zarafatlaşa-zarafatlaşa yoldakı tikililəri seyr edirdik. Nədənsə sürücünün elə hey danışığımıza diqqət yetirməsi məni bir qədər şübhələndirmişdi. Qocanı “dişimə vurmağı” qərara aldım və yoldaşlarıma “bəlkə düşəndə buna pul verməyək? Deyərik, vermişik, hələ “sdaç” da istəyərik”, dedim. Sürücünün dili dərhal açıldı. Üzünü bizə tutan qoca:
– 10 yaşımadək Türkiyədə yaşamışam. Deyəsən, siz də o tərəflərdənsiz?
– Azərbaycandanıq. Deməli, türkcə başa düşürsünüz?
– Az-maz anlayışım var. 
– Amma bülbül kimi danışırsınız. Yunansınız?
– Anam yunandı.
– Bəs atanız?
– … erməni
 
Dialoqumuzun sonrası maraqlı deyil. Əsas odu ki, on minlərlə taksinin içərisində 50 faizi “dığa” olan sürücüyə rast gəlmişdik… Maraqlıdı ki, səfərimiz zamanı rusdilli turistlərə rast gəlmədik. Əvəzində, Danimarka, İsveçrə, Portuqaliya, İspaniya, Fransa, Almaniya, Türkiyə, Yaponiya və Çindən xeyli tursitlə yollarımız kəsişdi (AzTV-nin göstərdiyi “turistlər”ə yox ha, həqiqətən). Akropol səyahətimiz zamanı azərbaycanlılara da rast gəldik. “Qəbələ”nin məşqçisi Sənan Qurbanov klubda çalışan bir neçə üzvü ilə qədim məkana baş çəkmişdi. Sevindirici məqam idi. Tarixə maraq göstərən klub rəsmilərinin dünya görüşü nə qədər zəngin olsa, bir o qədər faydaları da artar…
“Qatil” – “Qarabağ”
Otelə metro ilə qayıtmağı qərara aldıq. Axı metropoliten də şəhərin bir hissəsidi və bu fürsəti də qaçıra bilməzdik. Afinada, Bakı metropoliteninin rəhbərliyinin qulağından uzaq, bir gediş haqqı 1,2 avro təşkil edir. “Panatinaikos”un stadionunun yaxınlığındakı stansiyadan çıxdıqdan sonra komandanın fan-klubu – “Gate 13”-ün yerləşdiyi ofisin qarşısından da keçdik. Oyunun başlamasına 3 saat qalırdı. “Gate 13”-ün qarşısında qələbəlik hökm sürməsə də, kiçik izdiham var idi. Afinalı fanatlar sevimli komandalarını dəstəkləmək üçün atributlar və qadağan olunmuş yandırıcı və partladıcı maddələrlə silahlanmaqda idilər. Qərara almışdıq ki, oyunun start fitindən 2 saat əvvəldən stadionda olaq. Axı həmin vaxt Bakıda “Qarabağ” İsveçrə “Yanq Boyz”u ilə qarşılaşırdı. Amma paytaxtımızdakı oyuna maraq çox sürmədi. Erkən qol və qırmızı vərəqə bütün suallara dərhal aydınlıq gətirdi. “Apostolos Nikolaidis” stadionundakı azərbaycanlı jurnalistlər isveçrəlilərin “fatəhə”sini verən “Qarabağ”ın intriqanı erkən öldürməsini çılğınlıqla qeyd edib, yenidən bütün diqqətlərini yerləşdiyi məskənə yönəltdi. Yerli fanatlar tribunaları doldurmağa tələsmirdi. Start fitinə 15 dəqiqədən az vaxt qalarkən, oturacaqların təqribən 30 faizi boş qalırdı…
“Müharibə alanı”
İsinmə hərəkətləri üçün meydançaya ilk olaraq, meydan sahibləri çıxdı. “Gate 13” sevimlilərini böyük coşqu və mahnılarla qarşıladı. “Qəbələ”nin futbolçularının meydançaya qədəm basdıqları ilk saniyələr kəskin uğultuyla qarşılansa da, tribunalar tezliklə öz sevimlilərini dəstəkləməyə başladı.
Oyunun start fitiylə matçın dayandırılması arasında saniyələr oldu. Komandamızın qapısı arxasında məskən salan “Gate 13” stadiona partlayıcı maddələr ataraq, bir andaca Dmitri Bezotosnının ətrafını müharibə meydanına döndərdi. Duman çəkildikdən sonra hakim oyuna davam etdi. Dərhal irəli atılan yunanlar məsələni ilk dəqiqələrdəcə həll etmək istəyirdi. Çılğın fanatların böyük dəstəyi ilə təzyiqi artıran “Panatinaikos” az qala debütdəcə istəyinə çatacaqdı. Ancaq Dodonun kobud səhvindən sonra “bəxt İlahəsi” tərəfimizdə oldu. Uzaq məısafədən endirilən zərbə qapı dirəyinə tuçş gəldi. Braziliyalı yarımmüdafiəçi bir göz qırpımında anti-qəhrəmandan qəhrəmana çevrildi. Künc zərbəsindən sonra qapıya əla baş zərbəsi endirən Dodo 16 minlik stadionu gölmçəyə döndərdi: sanki “qurbağa gölünə daş atdın”. Ancaq bu susqunluq çox çəkmədi. Təmsilçimizi müdafiəyə çəkilməyə məcbur edən yunanlara yerli publikanın dəstəyi də kömək olurdu. Həqiqətən də qonaq komandanın futbolçularına tamaşaçılar tərəfindən inanılmaz təzyiq göstərilirdi. Bezotosnın vəziyyətinə acımamaq olmurdu. Ancaq ukraynalı əlcək sahibi bu təzyiqlərə soyuqqanlıqla cavab verirdi. Amma 34-cü dəqiqədə Dima da komandamızı qoldan xilas edə bilmədi. Fasiləyədək yaşanan 10 dəqiqə əsl cəhənnəm idi. Hissənin son dəqiqəsində “Panatinaikos” 2-ci dəfə fərqlənməyə yaxın oldu. Ancaq bu dəfə qapı tiri “Qəbələ”nin məyus olmasını əngəllədi.
“Gate 13” – nəşəxorlar və alkaşlar
Fasilədən sonra da ssenari dəyişmədi. Dərhal irəli atılan “Panatinaikos” 2-ci dəfə Dodonun “soyuq duş”una rast gəldi. Əsl “vur-çatlasın” bundan sonra başladı. Ağıllarını itirmiş fanatlar öz futbolçularını fitə basır, onlara kəskin etirzalarını bildirirlər. Əvəzetmələr zamanı da “Panatinaikos”un futbolçularını fitə basan fanatlar yalnız son dəqiqələrdə – hesab bərabərləşdikdən sonra komandalarını dəstəkləməyə başladı. Ancaq bu da çox çəkmədi. Final fiti səslənər-səslənməz, yunan fanatlar sanki dəli oldular. Amma bu, “Qəbələ”yə təzyiq deyildi. Əksinə, Azərbaycan təmsilçisini alqışla yola salan azarkeşlərin işi öz futbolçuları ilə idi. Bəzi fanatlar meydançaya daxil olmağı bacardı. Hətta bir-iki futbolçularını təpikləməyə də macal tapdılar. 
Biz mətbuat konfransına yollandıq, ancaq heç bir komandanın baş məşqçisi təyin olunan vaxtda zala daxil olmadı. Sən demə “Gate 13” tribunanı tərk etmir, “Panatinaikos”dan haqq-hesab tələb edirdi. Yalnız klubun prezidenti və komandanın kapitanı onların önünə çıxdıqdan sonra, ara nisbətən sakitləşdi. Fanatlara çempionatda uğurlu çıxış etməklə bağlı vədlər verilib. Qazaxıstanda dünyaya göz açmış, 14 il öncə Yunanıstana köçən, rusca səlist danışan yerli  həmkarımdan bu fanat dəstəsi barədə məlumat almaq istədikdə, “Gate 13”-ün aqressiyasının katalizatoru aydın oldu: “onlar hər oyundan əvvəl nəşədən çəkib, araqdan vururlar. Udanda, tribunada bir az bayram edib, dağılışırlar. Uduzanda isə, gördüyünüz mənzərə yaşanır”…
“Bu azarkeşlər bu xoşbəxtliyi yaşamağa layiqdi”
Qriqorçukun mətbuat konfransı qısa alındı. Daha sonra Tale Heydərovun paltardəyişmə otağındakı nitqi, jurnalistlərin suallarını cavablandırması və… Stadionu mühasirəyə alan fanatları polis dağıda bilmirdi. Jurnalistləri hava limanına aparacaq avtobus bir qədər kənarda dayandığı üçün, “Qəbələ” nümayəndələri riskə getməməyi qərara aldı: stadionun ərazisində olan digər avtobusun xidmətindən yararlanamaq daha məqsədəuyğun sayıldı. Polislərin müşayiəti ilə Afina hava limanına çatdıq. “Qəbələ”nin futbolçularının çöhrəsində ağdan-qaraya bir yazı görünürdü: “çox yorulmuşam, amma bundan da çox xoşbəxtəm”. “Qəbələ”nin Afina səfəri başa çatırdı. Nə yaxşı ki, yalnız Afina səfəri. Avrokubok sərgüzəştləri isə davam edir. 
Afina – Qəbələ çarter reysi sərnişinlərini havaya qaldırdı. 3 saat sonra həmin sərnişinlərdən biri yerə enməmiş yenidən havaya qaldırılacaqdı. “Qəbələ” fanatları uğurun baş memarı Roman Qriqorçuku atıb-tuturdular. Yazını ukraynalı mütəxəssisin bu sətirlərin müəllifinə təyyarədə verdiyi müsahibədən bir parçası ilə bitirirəm: “Bu azarkeşlər bu xoşbəxtliyi yaşamağa layiqdi”.
CEYHUN ƏLİYEV, Bakı – Afina – Bakı
Reklam

Reklam


blank
I Divizion2023-05-30 14:00

İmişli stadionunun işığı kəsilib – 14 min manat borca görə

blank
Digər idman növləri2023-05-30 13:43

Meftahətdinova təqaüdə göndərildi

blank
Ölkə futbolu2023-05-30 13:25

Todoroski üzr istədi, qalmaqal bitdi

blank
Dünya futbolu2023-05-30 13:04

Van der Sar “Ayaks”dan istefa verdi

blank
Digər idman növləri2023-05-30 12:45

Daha iki taekvondoçumuz DÇ-də mübarizəni dayandırdı

blank
Dünya futbolu2023-05-30 12:32

Makkenni lazım olmadı

blank
Dünya futbolu2023-05-30 12:18

İngiltərə yığmasının sabiq hücumçusu klubsuz qaldı

blank
Ölkə futbolu2023-05-30 11:59

Qara Qarayev “Qarabağ”dan ayrılır?

blank
Ölkə futbolu2023-05-30 11:42

Murad Musayevdən hakimlik və Qurban Qurbanov açıqlaması – VİDEO

blank
Digər idman növləri2023-05-30 11:31

“Roland Garros” sensasiyalarla başladı

blank
Ölkə futbolu2023-05-30 11:17

Ozobiçə iki dəvət

blank
Dünya futbolu2023-05-30 11:00

Bundesliqa klubunda dörd ayrılıq

blank
Dünya futbolu2023-05-30 10:52

Yovetiç Bundesliqanı tərk edən klubdan ayrıldı

blank
Digər idman növləri2023-05-30 10:40

“Denver Naggets”in finaldakı rəqibi bəlli oldu

blank
Dünya futbolu2023-05-30 10:30

Busqetsə Avropadan təklif yoxdur

blank
Ölkə futbolu2023-05-30 10:15

Danimarkada çempion bəlli oldu

blank
Ölkə futbolu2023-05-30 10:03

“Qəbələ” Zirəyə “köçür”

blank
I Divizion2023-05-30 09:46

Diviziona kimlər buraxılacaq?

blank
Ölkə futbolu2023-05-30 09:32

“Səbail”də qərar günü

blank
Ölkə futbolu2023-05-30 09:17

Mehdi Sumqayıta, Aydın Tovuza getdi

blank
Digər idman növləri2023-05-30 09:05

Tərtərdə yubiley turniri – VİDEO

blank
Dünya futbolu2023-05-30 08:55

“Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşdi

blank
I Divizion2023-05-30 08:45

Saatlı da I Divizionda təmsil olunacaq

blank
Ölkə futbolu2023-05-30 08:30

AFFA mühüm islahata hazırlaşır: 30 komanda 3 liqada yarışacaq!

blank
Dünya futbolu2023-05-30 01:14

Larsson rəsmən Bundesliqa klubunda

blank
Dünya futbolu2023-05-30 00:48

“Ayaks” Fransa klubundan ayrılan yetirməsi ilə müqavilə bağladı

blank
Dünya futbolu2023-05-29 23:04

Nağıyevin komandasından səfərdə inamlı qələbə

blank
Digər idman növləri2023-05-29 22:46

DÇ-də ilk gün başa çatdı, ikinci günün rəqibləri bilindi

blank
Milli komanda2023-05-29 22:37

İkinci oyunda daha rüsvayçı darmadağın

blank
Dünya futbolu2023-05-29 21:46

Dadaşovdan mövsümün son matçında məhsuldar ötürmə

blank
Ölkə futbolu2023-05-30 11:42

Murad Musayevdən hakimlik və Qurban Qurbanov açıqlaması – VİDEO

blank
Premyer-liqa2023-05-29 00:31

“Qarabağ” çempionluq kubokuna qovuşdu – VİDEO

blank
Premyer-liqa2023-05-28 22:26

“Qarabağ”ın mövsümdəki son qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-05-28 20:07

“Sabah” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 23:21

“Şamaxı” elita ilə belə vidalaşdı – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:46

“Qəbələ”nin “Kəpəz”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-05-27 22:15

“Sumqayıt” son oyunda “Zirə”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-27 21:06

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

blank
Ölkə futbolu2023-05-25 13:00

“Sabah”ın çempionluq oyunu – VİDEO

blank
Premyer-liqa2023-05-22 22:13

“Qəbələ” Şamaxıdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:36

Tovuzda 4 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:15

“Sabah”la “Zirə”dən qolsuz “sülh” – VİDEO

blank
Premyer-liqa2023-05-22 21:04

“Qarabağ” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 20:40

“Kəpəz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-21 15:07

“Neftçi”də 3 itki – VİDEO

blank
Premyer-liqa2023-05-17 22:06

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-05-16 22:40

Şenol Günəşlə Cenk Tosun “Sabah”la oyun haqda – VİDEO

blank
Premyer-liqa2023-05-14 23:49

“Şamaxı” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Ölkə futbolu2023-05-14 15:19

“Sabah”la “Beşiktaş”dan 6 qolluq heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-05-13 23:47

“Səbail” “Qarabağ”a böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2023-05-13 21:15

“Turan Tovuz” Qəbələdən 3 xalla döndü – VİDEO

blank
Premyer-liqa2023-05-12 22:11

“Kəpəz” Zirədən 1 xalla döndü – VİDEO

blank
Ölkə futbolu2023-05-11 23:13

“Beşiktaş”ın futbolçularından “Sabah”la xeyriyyə matçına çağırış – VİDEO

blank
Digər2023-05-10 13:30

AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib – VİDEO

blank
Premyer-liqa2023-05-08 23:55

“Qarabağ”dan “Qəbələ”yə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 22:16

“Səbail”dən Sumqayıtda əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:53

“Turan Tovuz”dan “Neftçi”yə 4 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-05-07 18:38

“Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-05-07 18:00

“Bu məğlubiyyəti təsadüf kimi qəbul edəcəm” – Regekampf

blank
Ölkə futbolu2023-05-07 14:05

“Turan Tovuz”la matça 2 itki ilə – VİDEO

Facebook

Gündəm