Milli komanda
Azərbaycan – Xorvatiya matçının hakimləri bəllidi
Azərbaycan millisi Avropa Çempionatının seçmə qrup m…
Azərbaycan millisi Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək. Futbolinfo.az xəbər verir ki, artıq bu oyunu idarə edəcək hakimlər də bəlli olub.
UEFA-nın rəsmi saytında yer alan məlumata görə, sözügedən qarşılaşma Rudi Buketin başçılıq etdiyi fransalı hakimlər briqadasına tapşırılıb. Ona həmyerliləri Gillom Debart və Kiril Qrinqor kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Filipp Jann yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Fredi Futrel və Amauri Delero olacaq.
Qeyd edək ki, bu qarşılaşma sentyabrın 3-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.