Premyer-liqa
AZAL 1-ci divizion komandasını məğlub etdi
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında y…
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə AZAL bir neçə yoxlama oyunları keçirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi ilk sınağında 1-ci divizionun yeni iştirakçısı “Şərur”la üz-üzə gəlib.
Rəqib qapsından 4 cavabsız top keçirən Tərlan Əhmədovun yetirmələri böyükhesablı qələbə qazanıblar. Qollara Ruslan Nəsirli, Nuqzar Kvirtiya, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı imza atıblar.