Premyer-liqa
Baş tutmayan sınaq və İran planı
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında y…
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə AZAL hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi sentiyabrın 5-də daha bir görüş keçirəcək.
Bu dəfə şüvəlanlıların rəqibi “Neftçi” olacaq. Matç İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, AZAL sentyabrın 2-də “Xəzər-Lənkəran”la qarşılşamalı idi. Bu barədə hər iki klubun rəsmiləri razılıq əldə olunmuşdu. Lakin sonradan lənkəranlılılar Bakıya gələ bilməyəcəklərini bildirib və görüşdən imtina ediblər. Səbəb kimi isə “Xəzər-Lənkəran”ın İrana təlim-məşq toplanışına yollanması göstərilib.
Maraq üçün onu da əlavə edək ki, İrana təlim-məşq toplanışına gedəcəyini deyərək AZAL-la yoxlama matçından imtina edən "Xəzər Lənkəran"ın bu arzusu da baş tutmayıb. Belə ki, legionerlərinə viza ala bilməyən Cənub təmsilçisi vətəndə qalmalı olub.