Milli komanda
Millimiz üçün ikinci fransalı
Sentyabrın 3-də millzimin Avropa Çempionatının seçm?…
Sentyabrın 3-də millzimin Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində Xorvatiya ilə matçını idarə edəcək Rudi Buket futbol ictimaiyyətimizə yad simadı. Futbolinfo.az xəbər verir ki, 2011-ci ildən FİFA referisi statusunu daşıyan fransalı fit sahibi ilk dəfədi ki, təmsilçimizin matçına təyinat alır. Sözügedən qarşılaşma 45 yaşlı ədalət təmsilçisinin cari seçmə tsikldə idarə edəcəyi 3-cü görüş olacaq.
Azərbaycan – Xorvatiya qarşılaşması fransalı referinin kareyasında 31-ci beynəlxalq oyun olacaq. Buket bu qarşılaşmalarda 131 sarı, 10 qırmızı vərəqə göstərib. Fit sahibi 8 dəfə də 11 metrlik nöqtəni göstərib.
Maraqlıdı ki, fransalı hakimlər futbolmuzun 23 illik müstəqllik tarixində milli komandamızın matçında cəmi 1 dəfə ədaləti qoruyublar. O zaman Stefan Bre AÇSO-2000 çərçivəsində Bakıda Macarıstanla keçirilən qarşılaşmada millimizin 0:4 hesablı məğlubiyyətini qeydə almışdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı