Bizi izləyin

Milli komanda

45 faizlik milli

Avropa Çempionatının seçmə mərhələsi çər&c…

blank
Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Xorvatiya oyununda sensasiya baş vermədi. Hakimin start fitindən etibarən təşəbbüsə yiyələnən qonaqlar, 90 dəqiqə ərzində millimizi təzyiq altında saxladı.
Millimizin start heyətinə nəzər saldıqda, müəyyən suallar doğurdu. Hansı xidmətlərinə görə Maqomed və Ruslan Qurbanovlar start heyətində yer almışdı? Elə mətbuat konfransında Robert Prosineçkiyə Maqomedlə bağlı ünvanlanan sual da yerinə düşüb. Amma… Xorvatiyalı mütəxəssis sualı cavabsız qoyub. Əcəba, niyə? Axı oyun da göstərdi ki, milliləşdirilən futbolçu yararsız vəziyyətdədi. Prosineçki əsl səbəbi göstərə bilməyib, yalan danışmaq isə istəməyib. Əsl həqiqəti nöqtə-vergülünə qədər çox az adam bilir. Ancaq fakt budu ki, sıravi azarkeşin gördüyünü Prosineçki çoxdan bilirdi. Azərbaycan pasportu verilən bu hücumçunun sərgilədiyi futbol milli adına yaraşmır. 
Elə Maqomedin həmyerlisi Ruslan Qurbanov da həmçinin. Çempionatda 1 qələbəsi olan “Neftçi”nin Qurbanovunu Cavid Tağıyevlə müqayisə etdikdə hansı balansı görürük? Son iki mövsümü qızıl medala sahib çıxan “Qarabğ”ın gənc cinah yarımmüdafiəçisi cari avrokubok mövsümündə Qurban Qurbanovun güvəndiyi əsas simalardandı. Görəsən Avropa Liqasının qrupuna düşən komandanın aparıcı simalarından olan, “Seltik”, “Yanq Boyz” kimi komandaları yıxıb-sürüyən AZƏRBAYCANLI Cavidi ehtiyatda oturtmaq hənsı kitab-dəftərə sığır? Gəncdi? Ayaqları əsəcəkdi? Əzizim Robert, Şotlandiyada “Seltik”in dəli fanatları önündə at oynadan həmin Tağıyev idi. Həmin vaxt Ruslan Qurbanov televizor qarşısında oturub, “kaş mən də bu cür futbol oynaya biləydim” düşüncələrinə qapılmışdı…
 Milliləşməni istənilən yığmada müşahidə etmək olar. Amma çətin ki, belə milli tapa bilərsiniz ki, start heyətində meydana çıxan futbolçuların yarısından çoxu milliləşdirilmiş olsun. Maqomed Mirzəbəyov (Milli pasport aldıqdan sonra Məhəmməd adlandırılır), Bədavi Hüseynov, Maqomed Kurbanov (Milli pasport verildikdən sonra Məhəmməd adlandırılır), Ruslan Kurbanov (Milli pasport verildikdən sonra Qurbanov soyadını daşıyır), Dmitri Nazarov, Arif Daşdəmirov – 6 milliləşmiş MİLLİ futbolçu! Elə buna görədi ki, 15 minlik “Bakcell Arena”da 2 sektor boş qalmışdı. Elə buna görə idi ki, Rəşad Sadiqov meydana daxil olanda, tribunalar coşdu. Çünki milli komandada azərbaycanlı futbolçunu görmək istəyən fanatlar üçün belə hadisə bayrama çevrilir. Start heyətində cəmi 45 faizi azərbaycanlı olan komandada əvəzetmədən yerli futbolçu daxil ediləndə, bu cür reaksiya təbiidi.
Xorvatiyaya qarşı meydana çıxan futbolçulara gəlincə, ən xoş sözlərə Rahid Əmirquliyev layiqdi. Bir neçə gün öncə 26 yaşını qeyd etmiş mərkəz yarımmüdafiəçisi meydanda canını qoydu. “Xəzər Lənkəran”ın kapitanının göstərdiyi əzmkarlıq, meydanın istənilən yerində peyda olması, hətta bəzi anlarda tezliklə yorulacağından narahatçılıq doğururdu. Amma Əmirquliyev yaxşı mənada təəccübləndirməyi bacardı və 90 dəqiqə vuruşdu.
Dmitri Nazarov, Arif Daşdəmirov və Qara Qarayev də müsbət qəhrəmanlar sırasında qeyd olunmalıdı. Rəşad Sadıqov – Bədavi Hüseynov tandemi cəld xorvatlara qarşı çox çətinliklər çəkdi. Sağ olsun Mancukiç, çox humanist insan imiş.
Prosineçkinin oyuna daxil etdiyi futbolçular arasında ən çox diqqət çəkən şübhəsiz ki, Eddi İsrafilov oldu. İspaniya La Liqasında fəxrimiz olan, turnir cədvəlində 2-ci pillədə qərarlaşan bir komandanın üzvü start heyətinə düşmürsə, deməli, milimizin bütün üzvləri “böyük beşlik” ölkələrinin çempionatında oynamağa layiqdi! Doğrudu, İsrafilovun şərəfini qorudu “Eybar” 2 turdan sonra 2-ci yerdə qərarlaşıb. Doğrudu, o, indiyədək meydanda bir dəqiqə də keçirməyib. Nə olsun ki, Prosineçki gəldiyi ilk günlərdə oyun praktikası olmayan futbolçulara güvənməyəcəyini söyləmişdi? O boyda İspaniya La Liqasınının 2-ci pilləsində qərarlaşan o boyda futbolçusunu bura gətirmişiksə, o, millimizin heyətində ənənəsinə sadiq qalmalıdı: matçın son dəqiqələrində oyuna daxil edilir və bu sarıdan statistik göstəriciləri yüksələn qrafik cızır. Allah işini avand eləsin. 
Xorvatlar cari tsikldə 3-cü heç-heçələrini etdi, Azərbaycan 2-ci. Hələ bir qələbəmiz də var. Üstəlik, 2 gündən sonra Maltanı da ağlar qoya bilərik. Üçüncü yerdə qərarlaşan Norveçdən hələ ki, cəmi 8 xal geri qalırıq. Qarşıda 3 oyunumuz qalıb. Deməli, 3-cü yeri tutmaq şansımız qalır. Axı cari tsikldə məqsəd qrup üçüncüsü olmaq idi. İndi fəxrlə deyə bilərik ki, tsiklin bitməsinə 3 tur qalınca pley-off şanslarımızı saxlayırdıq. Bundan böyük nailiyyət?
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm