Premyer-liqa
Millimizə qarşı oynayan futbolçu "Rəvan"da
Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən istif…
Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Rəvan" hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "aslanlar" sentyabrın 5-də Tiflisdə yerli "Saburtalo" komandası ilə yoxlama matçı keçirəcək.
Emin Quliyev bu oyunda 1 futbolçunu baxışdan keçirəcək. Bu, özbəkistanlı futbolçu Əlibaba Rəhmətullayevdi. Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Şamo Quliyev də təsdiqləyib. Azad agent kimi baxışa gələn yarımmüdafiəçi təlim-məşq toplanışı üçün Zaqatalaya getmiş komandanın düşərgəsinə qoşulacaq. Gürcülərlə oyundan sonra futbolçunun komandada qalıb-qalmayacağı haqda qərar veriləcək. 24 yaşlı Rəhmətullayev daha öncə ölkəsinin "Bunyodkor" komandasında çıxış edib. 2012-ci ildən bu klubun heyətində çıxış edən futbolçu 1 dəfə də Özbəkistan milli komandasının heyətində çıxış edib. Həmin yeganə matça 2012-ci ilin fevralında Dubayda millimizlə oyunda çıxıb.
Qeyd edək ki, fasilə müddətində yoxlama oyununda "Zaqatala" ilə üz-üzə gələn paytaxt təmsilçisi meydandan qolsuz bərabərliklə ayrılıb. "Qəbələ"nin əvəzediciləri ilə keçirilməli olan görüş isə əlverişsiz hava şəraitinə görə baş tutmayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib