Milli komanda
Millimiz Maltaya yola düşdü
Sentyabrın 6-da Avropa Çempionatının seçmə qrup mər…
Sentyabrın 6-da Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində Maltanın qonağı olacaq Azərbaycan yığması bu gün səfərə yollanıb. Futbolinfo.az xəbər verir ki, Robert Prosineçkinin yetirmələri dünən Xorvatiya ilə qolsuz bərabərliklə başa çatan oyundan sonra bu gün çarter reysi ilə Tiranaya yola düşüb.
Sabah komandamızın mətbuat üçün açıq məşqi və yığmamızın baş məşqçisinin mətbuat konfransı keçiriləcək. Elə Prosineçkinin həmkarı Pietro Gedin də sabah KİV önünə çıxacaq. Komandaların açıq məşqi və baş məşqçilərin mətbuat konfranslarının başlama saatı sabah məlum olacaq.
Səfərə yollanan heyətdə zədəli futbolçu yoxdu. Başqa sözlə, xorvatiyalı mütəxəssis ixtiyarında görmək istədiyi bütün futbolçuların xidmətindən yararlana biləcək.
Qeyd edək ki, bazar günü keçiriləcək Malta – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar