Premyer-liqa
"Qarabağ"la oyuna əskik hazırlıq
Doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” iki g…
Doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” iki günlük istirahətin ardından bu gün yenidən bir araya gəlir. Futbolinfo.az xəbər verir ki, səhər saatlarından başlayaraq toplanan komanda saat 19:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.
Qarşıdakı 5 gün ərzində də "ağ-yaşıllar" hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.
Milli komandaların düşərgələrində olan (A milli) Rahid Əmirquliyev, Ruslan Abışov, Elnur Cəfərov, Vüqar Nadirov, eləcə də (U 21) Orxan Əliyev və İlyas Səfərzadə hazırlıqlara sentyabrın 8-dən etibarən qatılacaqlar. Zədəsini sağaltmaq üzrə olan Sadio Tounkaranın isə çalışmalarda tam qüvvə ilə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Lənkəran təmsilçisi Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la qarşılaşacaq.
(12cioyuncu.info)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq