Premyer-liqa
"Qəbələ" "Çernomorets"i məğlub etdi
Millimizin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan …
Millimizin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Qəbələ" Ukraynada təlim-məşq toplanışı keçir. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" hazırlıq çərçivəsində bu gün yoxlama matçında qüvvəsini sınayıb.
Roman Qriqorçukun komandası yerli "Çernomorets"lə üz-üzə gəlib. Görüş Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təmsilçimizin qollarını 13-cü dəqiqədə Aleksey Antonov, 69-da isə Vitaliy Vernidub vurub.