Ölkə futbolu
Dmitri Bezotosnı: "Yaxşı oyun alındı"
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan &l…
Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlığın son günündə yerli “Çernomorets” klubu ilə yoxlama oyunu (2:0) keçirib. Futbolinfo.az xəbər verir ki, komandanın ukraynalı legioneri Dmitri Bezotosnı qarşılaşmadan sonra oyun haqda fikirlərini açıqlayıb:
“Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı. Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi. “Çernomorets” gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər”.
(klub saytı)
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”