Dünya futbolu
Hollandları gözləyən təhlükə
Dünən Avropa Çempionatının seçmə oyunları (A&C…
Dünən Avropa Çempionatının seçmə oyunları (AÇ-2016) çərçivəsində A qrupunda maraqlı nəticə qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə yığmasına səfərdə 0:3 hesabı ilə məğlub olan Hollandiya qrupdakı vəziyyətini daha da pisləşdirib.
Belə ki, “narıncılar” hazırda 10 xalla qrupda 4-cü yerdə qərar tutub və qitə çempionatına çıxmamaq təhlükəsi ilə üz-üzədi. Əgər bu baş verərsə, sözügedən ölkənin millisi 1984-cü ildən sonar ilk dəfə AÇ-ni buraxa bilər.
Bunun baş verməməsi üçün Hollandiya oktyabrın 10-da səfərdə Qazaxıstanı, 13-də isə evdə Çexiyanı yenməlidi. Deni Blindin yetirmələri bu 2 oyunda qalib gəlməklə yanaşı, qrupdakı əsas rəqibi Türkiyənin də xal itirməsinə ümid etməlidi. Qardaş ölkənin aktivində isə 12 xal var.
Qeyd edək ki, bu qrupdan AÇ-nin final mərhələsinə birbaşa vəsiqəni İslandiya və Çexiya təmin edib.