Milli komanda
"Belə oyunla Azərbaycana da qalib gələ bilmərik"
Ötən gün Avropa Çempionatının seçmə mərh?…
Ötən gün Avropa Çempionatının seçmə mərhələsi (AÇ-2016) çərçivəsində 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Xorvatiya millisi səfərdə Norveçə 0:2 hesabı ilə uduzub.
"Damalılar"ın baş məşqçisi Niko Kovaç məğlubiyyəti şərh edərkən Azərbaycan yığması ilə oyuna (0:0) da toxunub:
“Məğlubiyyətə layiqik. İkinci hissənin 5 dəqiqəsini çıxmaqla, zəif təsir bağışladıq. Norveç komandasını təbrik edirəm. Onlar qələbəni bizdən çox istəyirdilər və buna da nail oldular. Arxayınlaşmaq olmaz. Bu, futboldu və hər cür nəticə qeydə alınır. Hamı kimi, mənim də məsuliyyətim var. Ancaq meydanda 11 futbolçu mübarizə aparır və onlar verdiyim hər bir göstərişi yerinə yetirməlidilər. Biz yüz faizlik oyun göstərməliyik. Bu olmasa, uğur qazana bilməyəcəyik. Belə oyunla Azərbaycana da qalib gələ bilmərik”.