Bizi izləyin

Milli komanda

Yenə "cırtdan" sevindirdik

Azərbaycan yığması Avropa Çempionatının seçmə qru…

blank
Azərbaycan yığması Avropa Çempionatının seçmə qrup mərhələsində növbəti oyununu arxada qoydu. Tsiklın başa çatmasına 2 tur qalmış AFFA-nın neçə illərdi səsləndirdiyi “məqsədimiz AÇ-2016-nın final mərhələsinə yüksəlməkdi” şüar rəsmən puç oldu. Özü də bu, hansısa bir Avropa qrandı ilə yox, "cırtdan ölkə", dünənki matçadək cari seçmə oyunlarda cəmi 1 qola imza atmış Maltaya qarşı görüşdə rəsmiləşdi.
Xorvatiya ilə oyundan sonra dönə-dönə vurğuladığımız məqamdan Robert Prosineçki bu dəfə faydalanmışdı. Söhbət hazırda ölkəmizdə ən yaxşı sol cinah yarımmüdafiəçisi Cavid Tağıyevin meydana çıxmasından gedir. “Qarabağ”ın vingerinin start heyətində meydana çıxması Prosineçkinin həmvətənlərinə qarşı oyunda rüsvayçı çıxışla yadda qalan Məhəmməd Qurbanovun isə ehtiyatda oturması Maltayla görüşün əvvəlinin ən yaddaqalan məqamı idi…
Xorvatlara qarşı matçdan daha bir qeydi xatırlatmağa zərurət var: Rahid Əmirquliyevi oyunun ən yaxşısı kimi təqdim etmişdik. “Xəzər Lənkəran”ın kapitanı adalılarla matçda da özündən söz etdirməyi bacardı. Əmirquliyevin etdiyi dubl, faktiki olaraq, yığmamızı məğlubiyyətdən xilas etdi. Millimizin heyətində ən seçilən futbolçulardan biri olan mərkəz yarımmüdafiəçisi qol epizodlarından yararlanmağı bacarmayan komanda yoldaşları üçün nümunə oldu. Ancaq Rahidin dublu da Malta üzərində qələbə üçün kifayət etmədi. 
Cavid Tağıyev gözlənilən oyunu ortaya qoymaqla, Prosineçkinin Xorvatiyaya qarşı matçda ona şans verməməsinin yanlış olduğunu isbatlamağı bacardı. “Qarabağ”ın yarımmüdafiəçisinin oyun ərzində bir dəfə də olsun top itkisinə yol verməməsi, dəfələrlə opponentlərindən sıyrılaraq, kəsərli hücumlar qurması göz oxşayırdı. Əks cinahda qərarlaşan Əfran İsmayılov da dünənki matçda daha diri görünürdü. Ancaq Əfranın fiziki durumunun hələ də idealdan xeyli uzaq olması dəfələrlə özünü büruzə verirdi. Sürət çatışmırdı. Texniki cəhətdən İsmayılov xoş təsir bağışlasa da, ayaqları düşünmə sürətinin dalınca hələ ki, çatmır.
Ruslan Qurbanov bu dəfə daha xoş təsir bağışladı. Bu, o demək deyil ki, dağıstanlı futbolçu 3 günə inkişaf etdi. Sadəcə, rəqibin keyfiyyətsiz olması onun “parlama”sını şərtləndirirdi. 
Dmitri Nazarovun tənbəllik edərək, mərkəzdə topa tərəf 2 addım atmaması isə milliyə 2 xal bahasına başa gəldi. Elə ilk əvəzlənənin dəDmitrinin olması Prosineçkinin “Qazaxıstan motorlu” yarımmüdafiəçimizdən narazı qalmasınının göstəricisidi. Nazarovdan sonra növbə Əfrana da çatdı. Bu da təbii və başadüşüləndi. Yuxarıda qeyd etdiyimiz fiziki durumunun ideal olmaması Ağdam klubunun yarımmüdafiəçisinin əvəzlənməli olduğunu aksioma çevirmişdi. Əfranın yerinə döyüşə atılan Araz Abdullayev oyunda canlandırma yarada bildi. Amma “Neftçi”nin kapitanının ixtiyarına vur-tut 18 dəqiqə verilmişdi ki, bu da tam potensialını ortaya qoymaq üçün çox az vaxt idi.
Qapımıza vurulan ikinci qola gəlincə, burda Bədavi Hüseynovu günahlandırmaq qətiyyən doğru deyil. Top Effionqla onun arasında var-gəl etdiyi epizodda sadəcə, bəxt meydan sahiblərinin qaradərili hücumçusunun üzünə güldü. Yəni, Hüseynov nə mövqe səhvi etdi, nə də texniki qüsura yol verdi. 
Prosineçkinin matçsonrası mətbuat konfransında işlətdiyi “milli ən yaxşı oyununu keçirdi” fikri ilə razılaşmamaq olmur. Ansambl şəklində yığmamız formalaşmış kollektivi xatırladırdı. Oyunun böyük hissəsini diqtə edən tərəf də qonaqlar idi. Ancaq unutmayaq ki, rəqib tsikldə keçirdiyi ilk 7 oyunda cəmi 1 qol vurmuş Malta idi. Və əgər bundan iki dəfə artıq qolu qapımızda görürüksə, bu, faciədi! Əlbəttə, bu gün bizə xaldan çox oyun lazımdı. Çünki “xəyal-plov bişirənlər”dən fərqli olaraq, millimizin qrup 3-cüsü olmaq şansının yoxluğu barədə çox yazmışdıq. Maltanı udsaydıq belə, dünənki oyunlardan sonra bu şans rəsmən yox olacaqdı. Əsas oyun modelidi ki, xorvatiyalı mütəxəssisin gördüyü iş müsbət dəyərləndirilməlidi. Çatışmazlıqlar var. Ancaq Prosineçki israrlıdı və əlindəki materialdan maksimum yararlanmağa çalışır. Təki kənardan Məhəmməd Qurbanovların oynamasına məcbur edilməsin.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm