Ölkə futbolu
Buffon və Sadıqov arasındakı 51
Dünən Avrop Çempionatının seçmə oyunları &cced…
Dünən Avrop Çempionatının seçmə oyunları çərçivəsində İtaliya öz meydanında Bolqarıstanı məğlub edib. Futbolinfo.az xəbər verir ki, qarşılaşma əlamətdar hadisə ilə yadda qalıb.
Belə ki, meydan sahiblərinin qapıçısı Canluici Buffon İtaliya millisinin heyətində 150-ci oyununa çıxıb. 37 yaşlı əlcək sahibi sözügedən yığmanın forma altında ilk dəfə 1997-ci ildə çıxış edib.
Qeyd edək ki, ölkəsinin millisinin heyətində ən çox meydana çıxmaq rekordu Əhməd Həssəndi. O, Misir yığmasının 184 qarşılaşmada forma geyinib. Maraq üçün bildirək ki, Azərbaycan yığmasının heyətində ən çox meydana çıxan futbolçu Rəşad Sadıqovdu. O, millimizin heyətində 99 matçda forma geyinib. Müdafiəçi əgər İtaliya ilə oktyabrda Bakıda keçiriləcək matçda forma geyinrəsə, “100-lər klubu”na daxil olacaq ilk azərbaycanlı adına sahib çıxacaq.