Milli komanda
"Dalğa Arena"da almanlar – FOTO
Bu gün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığ…
Bu gün 21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatının ilkin təsnifat mərhələsi çərçivəsində almaniyalı həmyaşıdları ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, hazırda "Dalğa Arena"da keçirilən qarşılaşmaya maraq yox dərəcəsindədi.
Oyunu tribunada 100-ə yaxın azarkeş izləyir. Bundan başqa, qarşılaşmanı izləyənlər arasında alman fanatlar da var. Təxminən 20-ə yaxın azarkeş bu matçda komandasını tək qoymayıb.