Ölkə futbolu
"Xəzər Lənkəran" üçün son gün
“Xəzər Lənkəran”da “sular durulmur”. Futbo…
“Xəzər Lənkəran”da “sular durulmur”. Futbolinfo.az xəbər verir ki, cənubluların 4-cü turadək səbr etmələri FİFA-nın məlum sanksiyası ilə bağlı idisə, yeni transferlərin şənbə günü də meydana çıxmamaq ehtimalı vəziyyəti partlayış həddinə çatdırıb.
Komandanın yeni transferlərinin PFL tərəfindən də qəbul olunmamasının səbəbi FİFA-dan icazə məktubunun gəlməməsidi. Şənbə gününə sayılı günlər qalmış klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov hələ də baş məşqçi Yunis Hüseynova verdikləri vədə əməl edə bilmirlər. İndi Yunis Hüseynov dillema qarşısındadı: məşqləri necə qursun? Axı yeni transferlərlə bir, onlarsız tam fərqli heyət olur və təbii ki, məşqlər də “Qarabağ”a qarşı oyuna hesablanmalıdı.
Maraqlıdı ki, Molla Nəsrəddindən fərqli olaraq, Tuyqun Nadirovun “sabah-sabah”ları 2 gündən sonra başa çatır. Bax, bundan sonra hansı hadisələrin baş verəcəyini sözlə ifadə etmək olmur.
Hər halda klub rəsmiləri və baş məşqçiylə əlaqə saxlayıb, yaranmış faciəvi vəziyyətə dair münasibət öyrənməyə cəhd etdik. Təəssüf ki, zənglərimiz cavabsız qaldı. Bu da lənkəranlı fanatların təbii narahatlığını hələ də cavabsız qoymaq deməkdi.
Qeyd edək ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Xəzər Lənkəran” “Qarabağ”ın qonağı olacaq. Qarşılaşmaya sentyabrın 12-də saat 20:30-da start veriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib