Premyer-liqa
Premyer Liqada 4-cü turun 2 oyunu canlı yayımda
Topaz Premyer Liqasının 4-cü turu şənbə günü start…
Topaz Premyer Liqasının 4-cü turu şənbə günü start götürəcək. Futbolinfo.az xəbər verir ki, çempionatın yayım hüququna sahib olan CBC telekanalı 2 günü əhatə edən turun 2 oyununu canlı təqdim edəcək.
Turun açılış günü baş tutacaq "Kəpəz" – AZAL qarşılaşması canlı nümayiş olunacaq. Gəncə şəhərində keçiriləcə qarşılaşma saat 16:00-da start götürəcək.
Ertəsi gün "Rəvan" – "Neftçi" matçı da mavi ekranlara gətiriləcək. Bayıldakı görüşün start fiti də saat 21:00-da səslənəcək.