Ölkə futbolu
FİFA-dan yeni məktub: “Xəzər Lənkəran”ın cəzası dekabra kimi davam edə bilər
“Xəzər Lənkəran”ın Vaqif Cavadovu transfer edib oynat…
“Xəzər Lənkəran”ın Vaqif Cavadovu transfer edib oynatmadan, həm də bəh-bəhlə, minnət qoyaraq “Qəbələ”yə göndərməsinin səbəbi bəlli oldu. Cənublular bir çox oyunçusu kimi onu da meydana çıxara bilməyəcəkmiş.
Cənub klubunun sentyabrın 1-də bitən cəzası sən demə, uzanacaq. Ruslan Abışov, Vüqar Nadirov, Rəşad Eyyubov və başqa oyunçuları heyətinə qatan cənublular onların xidmətindən bu aydan etibarən istifadə etmək niyyətində idi.
FİFA-nın aldadılan Veldin Muharremoviçə görə cəzalandırdığı “Xəzər Lənkəran” CAS-ın da qərarı təsdiqləməsindən sonra 2 “transfer pəncərəsi” dövründə oyunçu ala bilmədi. Qadağa məhz indi bitməli və baş məşqçi Yunis Hüseynov 4-cü turdan etibarən yeni transferlərin xidmətindən yararlanmalı idi. Amma futbolinfo.az-a çox etibarlı mənbədən daxil olan məlumata görə, bu, mümkün olmayacaq.
Əldə etdiyimiz bilgiyə görə, FİFA bununla bağlı həm AFFA-ya, həm də “Xəzər Lənkəran”a rəsmi məktub göndərib. Orada qeyd edilib ki, klubla bağlı çoxsaylı şikayətlər nəzərə alınaraq cəza müddətinin uzadılmasına qərar verilib. Yəni ki, cənublular dekabra – növbəti “pəncərə” açılana kimi heç bir transfer, yeni oyunçu sifariş edə bilməz.
Bu, hələ təsdiqlənməyən məlumatdı. Hazırda FİFA-yla yazışmaları davam etdirən cənublular qərarı dəyişməyə çalışır. Ancaq çox güman ki, bu, mümkün olmayacaq və yeni futbolçular azad agent statusu alaraq başqa klublara gedəcək. İcarəyə verilən Vaqif Cavadov kimi…
AĞA
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”