Ölkə kuboku
AZAL yeni transferlərini rəsmən açıqladı
Transfer fəaliyyətini davam etdirən AZAL heyətinə daha iki futbol…
Transfer fəaliyyətini davam etdirən AZAL heyətinə daha iki futbolçu qatıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, sonuncu klubu Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasin dünən müqaviləyə imza atıb.
22 yaşlı hücumçu iki il müddətində AZAL-da forma geyəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən Yasin misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, hazırda onun ögey atası azərbaycanlıdı.
Digər futbolçu isə gürcü Aleksandr Qurulidi. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli birillik anlaşmaya imza atıb.