Ölkə futbolu
“Xəzər Lənkəran”ın əcnəbilərinin taleyi necə olacaq?
Məlum cəzadan sonra “Xəzər Lənkəran” qışa qədər …
Məlum cəzadan sonra “Xəzər Lənkəran” qışa qədər hazırkı heyətlə mübarizə aparmalıdı. Belə ki, cənub klubu heyətinə cəlb etdiyi yeni futbolçuların xidmətindən yararlana bilməyəcək. Belə olan halda, oyunçulardan artıq ikisi – milli üzvləri Ruslan Abışovla Vüqar Nadirov komandadan ayrılıblar.
Pavel Kapsa, Limam Seyidi, Dieqo Qusmao və Rəşad Eyyubov isə fərqli düşünürlər. Bizdə olan son məlumata görə, adları çəkilən oyunçular qışa qədər məşq edib, qışdan sonra oynamaq niyyətindədilər. Sözsüz ki, burada maliyyə məsələsinin də önəmi var. Yuxarıda qeyd olunan oyunçular cənub klubu ilə kifayət qədər böyük məbləğə anlaşıblar. İndiki vəziyyətdə həmin oyunçuların bu məbləği başqa klubdan almaq şansları yoxdu.
Futbolçular maaşlarının ödənilməsi şərti ilə komandada qalıb, məşqlərə qatılacaqlar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib