Premyer-liqa
Aqil Məmmədov: "Nəhayət ki, komandamın futbol oynadığını gördüm"
Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulur. Fut…
Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə 0:0 bərabərə qalıb.
"Kapital Bank Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov heç-heçəni belə şərh edib:
“Zirə” Premyer Liqada ilk mövsümünü keçirsə belə, yaxşı kollektiv qura bilib. Bütün bunları nəzərə alıb, matçın ağır keçəcəyini bilirdik. Mən nəhayət ki, 4-cü turda komandamın futbol oynadığını gördüm. Mübarizə və istək vardı. Biz azlıqda qaldıqdan sonra rəqib daha üstün oynadı. Bütün bunlara rəğmən, futbolçulardan razıyam. Aleksandr Çertoqanov qırmızı vərəqə aldığına görə cəzalandırılacaq. İlk turdan sonra Ağabala Ramazanovu da cəzalandırmışdıq”.