Ölkə futbolu
Filyo havada qalıb
“Neftçi” hələ də braziliyalı müdafiə&cced…
“Neftçi” hələ də braziliyalı müdafiəçi Jayro Rodriges Filyonun taleyinə aydınlıq gətirməyib. Bu barədə futbolinfo.az saytına məlumatı, klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov verib.
Klub sözçüsü 2015-ci ilin son günündə 23 yaşını qeyd edəcək müdafiəçi ilə bağlı son qərarın nə vaxt veriləcəyinə dair məsələ barədə bunları dedi: “Məşqçilər korpusunun son qərarı verilməyib. Deyə bilmərəm, braziliyalı ilə bağlı son qərar nə vaxt veriləcək. Təbii ki, onunla müqavilənin imzalanıb-imzalanmayacağına dair də konkret söz deyə bilmərəm. Hələ ki, müqavilə imzalanmayıb və deməli, Filyo “Neftçi”nin futbolçusu deyil”.
Qeyd edək ki, sentyabrın 8-dən “ağ-qaralar”ın düşərgəsində olan braziliyalı müdafiəçinin son klubu Portuqaliya “Trofense”si olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib