Ölkə futbolu
"Qəbələ"nin rəqibində ciddi itki
Avropa Liqasının qrup mərhələsi çərçivəsində &qu…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan "Borussiya" "Krasnodar"la matça ciddi itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, Dortmund təmsilçisinin aparıcı üzvü Marko Roys zədə səbəbindən sözügedən oyunda komandasına kömək edə bilməyəcək.
Almaniya Bundesliqasının 3-cü turunda "Herta" ilə matçda xəsarət alan 26 yaşlı yarımmüdafiəçi oyunu yarıda buraxmışdı.
Qeyd edək ki, Roys 2012-ci ildən "sarı-qaralar"da çıxış edir.