Bizi izləyin

Premyer-liqa

“Böyük oyun”un “kiçik ifaçılar”ı və ya “Kəpəz”in 13 illik sindromu

Sabah Topaz Premyer Liqasının 5-ci turunun oyunları start göt&…

blank
Sabah Topaz Premyer Liqasının 5-ci turunun oyunları start götürür. Futbolinfo.az xəbər verir ki, 3 günü əhatə edəcək turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
 
“AZAL Arena”nın süni ot örtüyünün sıradan çıxması səbəbindən ev oyunlarını “Dalğa Arena”da keçirən AZAL “İnter”i qəbul edəcək. İlk oyun günü paytaxtda baş tutan yeganə matçın favoriti qonaqlardı. İlk 4 turda qol üzünə həsrət qalan nominal meydan sahibləri, xal ehtiyatlarını da hələ ki, zənginləşdirə bilməyiblər. “İnter” isə ötən tur “Qəbələ” kimi ciddi rəqibdən 3 xal almaqla, iddialarını ortaya qoydu. Əgər “bankirlər” meydan sahiblərinə barmaqarası yanaşmasalar, sabahkı matçdan da 3 xalla ayrılacaqlar. İnqilab Məmmədovun idarə edəcəyi görüşdə Tərlan Əhmədovun komandasında “inqilab” baş verməsə, “təyyarə” cari mövsümdə 5-ci dəfə “qəzaya uğrayacaq”. Maraqlıdı ki, bu komandalar arasında keçirilən 26 matçda tərəflər orta hesabla heç 1 dəfə fərqlənə bilməyiblər. AZAL-ın 20 qoluna, “İnter” 24 sərrast zərbəylə cavab verib. Qələbə nisbətində üstünlük də Zaur Svanadzenin yetirmələrinin tərəfindədi: 9-5.
Turun ilk oyun günündə baş tutan digər qarşılaşma da saat 21:00-da start götürəcək. “Zirə” doğma meydanda “Rəvan”ı qəbul edəcək. Ötən mövsüm 1-ci divizionda qərarlaşan bu komandalar indi turnir cədvəlinin müxtəlif qütblərində yer tutub. Meydan sahibləri 4 turdan sonra məğlubiyyət acısı dadmayan 2 komandadan biridirsə, “Rəvan” qələbə üzünə həsrət qalanlar sırasında AZAL və “Sumqayıt”a “yol yoldaşlığı” edir. Ancaq Adil Şükürovun komandası da “qaz vurub, qazan doldurmur”. Komanda keçirdiyi 4 oyunun 3-də heç-heçələri sıralayıb. Elə Emin Quliyevin rəhbərlik etdiyi “Rəvan”la matçda da onlar favorit kimi göstərilə bilməz. Hər iki komanda sönük, baxımsız futbol sərgiləyir ki, belədə, məhsuldar oyun izləniləcəyini söyləmək mümkün olmur. Qarşılaşmanın taleyini tək qol həll edə bilər. Premyer Liqada indiyədək üz-üzə gəlməyən tərəflərin ustalıq səviyyəsini nəzərə alsaq, həmin tək qol istənilən komandadan gələ bilər. Ancaq oyun başladığı kimi bitsə də, buna təəccüblənməyə dəyməz.
Bazar günü daha iki görüş keçiriləcək. İlk oyun Gəncədə baş tutacaq. Ötən tur çempionatda ilk qələbəsini rəsmiləşdirən “Kəpəz” son 2 mövsümün çempionu “Qarabağ”ı qəbul edəcək. Dünən Londonda, 2 gün sonra isə Gəncədə oynamaq çox qəliz məsələdi. Qurban Qurbanovun komandası nə qədər təcrübəli olsa da, oyuna motivasiya baxımından axsayacağını proqnozlaşdıra bilərik. Qurbanovun ixtiyarında kifayət qədər futbolçu olduğundan, komandasının yorğunluq sarıdan problem yaşamacağını düşünürük. Amma Ağdam təmsilçisinin “Kəpəz”lə görüşə köklənə biləcəyini söyləyə bilmirik. Şahin Diniyev yetirmələri üçünsə bu baxımdan problem yaşanmayacaq. Son dövrlərdə ölkədə hegemonluq edən, Avropada səs salan komandaya qarşı oynamaqdan böyük stimul ola bilməz. Heç şübhəsiz ki, “Kəpəz”in futbolçuları bacardıqlarından da artığını etməyə çalışacaqlar. Bu baxımdan “Qarabağ” Gəncədən qələbəylə dönməsə, təəccüblənməyə dəyməz. Maraqlıdı ki, tərəflər indiyədək 37 dəfə üz-üzə gəlib və bu oyunlarda ciddi üstünlük qazanan tərəf yoxdu: “Kəpəz” 14, “Qarabağ” isə 15 dəfə qələbəni bayram edib. Topa fərqi isə Gəncə təmsilçisinin xeyrinədi: 49-44.  Daha bir diqqətçəkən məqam bundan ibarətdi ki, “Kəpəz” sonuncu dəfə “Qarabağ” üzərində qələbəni əsrin əvvəllərində əldə edib – 2002-ci ilin aprel ayında. Elə bu faktor da komandanın əlavə motivasiyasına təsir göstərə bilər.
Bazar günü daha bir görüş paytaxtda “Neftçi”ylə “Xəzər Lənkəran” arasında keçiriləcək. “Böyük oyun”un “kiçik iştirakçıları” cari mövsümdə hələ ki, qeyri-sabit çıxışla yadda qalırlar. Baş məşqçi kimi ilk addımlarını atan Samir Əliyev, top-məşqçilərdən sayılan Yunis Hüseynovu hansı kozırların hesabına yıxmağa çalışacaq? Təəssüf ki, “ağ-qaralar”ın heyəti və hazırda sərgilədiyi futbol böyük iddialardan xəbər vermir. Lənkəran təmsilçisinin problemi isə ağlamalıdı. Komandanı ağlar günə qoyan rəhbərlik indi Yunis Hüseynovu 12-13 oyunçunun ümidinə qoyub ki, belədə, təcrübəli mütəxəssisdən xarüqələr yaradan komanda tələb etmək ayıb olar. Qısası, indiyədək 33 dəfə üz-üzə gələn və bu oyunlardan 12-də “Neftçi”nin və 7-də “Xəzər Lənkəran”ın qalib gəldikləri oyun bu dəfə geniş rezonansa səbəb ola bilməz. 
Turun son matçı bazar ertəsi keçiriləcək. PAOK-u əlindən buraxan, 4-cü turda “İnter”ə məğlub olan “Qəbələ” yaralı aslanı xatırladır. Çətin ki, Roman Qriqorçukun komandası bu dəfə də xal itkisi ilə barışsın. Üstəlik, rəqib indiyədək qələbə üzünə həsrət qalan “Sumqayıt”dı.  Ukraynalı mütəxəssisin “Gənclik şəhəri”nin təmsilçisinə qarşı matçda daha çox ehtiyat qüvvəyə güvənəcəyini proqnozlaşdıra bilərik. Eyni zamanda, oyun praktikası toplamaq üçün komandaya yeni qoşulan futbolçulara da şans veriləcəyi də inandırıcı görünür. Çünki eksperimentlər, müxtəlif taktiki gedişləri sınamaq üçün “Sumqayıt” ən münasib rəqiblərdən biridi. Qonaqların bu oyundan xalla ayrılacağı inandırıcı görünmür. Elə statistika da bunu göstərir. Tərəflər arasında baş tutan 12 görüşdən 10-da sevinən tərəf “Qəbələ” olub. “Sumqayıt” indiyədək cəmi bir dəfə 3 xal qazanmağı bacarıb.
Topaz Premyer Liqası
5-ci tur
19 sentyabr (şənbə)
21:00. AZAL – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
“Dalğa Arena”
21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
20 sentyabr (bazar)
16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakcell Arena”
21 sentyabr (bazar ertəsi)
21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm