Dünya futbolu
"Barselona"dan heç kim seçilmədi
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin il…
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turunun oyunlarının rəmzi komandası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, maraqlıdı ki, bu heyətdə son turda səfərdə "Roma" ilə 1:1 bərabərə qalan son ÇL-nın qalibi "Barselona"nın heç bir üzvü yer almayıb.
Sizi ilk turun rəmzi "11-liy"i ilə tanış edirik:
Qapıçı: Buffon ("Yuventus")
Müdafiəçilər: Pivariç ("Dinamo" Zaqreb), Bonuççi ("Yuventus"), Dante ("Volfsburq"), Florenzi ("Roma")
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Di Mariya (PSJ), Qaytan ("Benfika")
Hücumçular: Qrizman ("Atletiko" Madrid), Ronaldo ("Real" Madrid), Halk ("Zenit")