Ölkə futbolu
Prosineçki: “Keyfiyyətli oyunun şahidi olmadım”
“Neftçi” – “Xəzər Lənkəran” m…
“Neftçi” – “Xəzər Lənkəran” matçını izləyən milli komandamızın baş məşqçisi Robert Prosineçki futbolinfo.az saytına müsahibə verib:
– “Böyük oyun”la bağlı sizin də fikirlərnizi bilmək maraqlı olardı. Qarşılaşmadan nə dərəcədə razı qaldınız?
– Meydanda mübarizə olsa da keyfiyyətli oyunun şahidi olmadım.
– Millidə çıxış edən futbolçuların oyunu size qane etdimi?
– Rahid Əmirquliyev həmişə olduğu kimi yeganə oyunçudu ki, əlindən gələni edir, mübarizə aparır. Çox peşəkar futbolçudu. İnanıram ki, İtaliya ilə vacib matça kimi bütün futbolçular yaxşı forma yığacaq.

– Hər iki komandanın heyətində gənc futbolçular var idi. Bəyəndiyiniz yeni futbolçu oldu?
– Gənc futbolçuların içərisində yaxşıları var. Amma 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində Almaniya və Avstriya ilə oyunlarına baxdım. Elnur Cəfərovun da çıxış etdiyi həmin qarşılaşmalarda Azərbaycan milli komandası qapıya zərbə vura bilməyib. Biz həmişə müqayisəmizi güclü ölkələrlə etməliyik.

– Uzun müddətdi futboldasınız, bir komandanın azarkeşlərinin stadiona buraxılmaması sizə necə təsir bağışladı?
– İstərdim ki, lənkəranlı azarkeşlərdə tribunada olsun. Bu, futbolun xeyrinə olan amil deyil. “Qəbələ” – PAOK qarşılaşmasını da canlı izləmişəm. Həmin görüşdə də stadion tam dolmamışdı. Həmçinin, Azərbaycan – Xorvatiya matçında da eyni vəziyyət idi. Ümid edirəm ki, Azərbaycan millisinin, “Qəbələ” və “Qarabağ”ın avrokubok oyunlarına azarkeşlər maraq göstərəcək.

ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib