Bizi izləyin

Premyer-liqa

Gənc məşqçilərə "diplomatiya dərsi"

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində baş…

blank
Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində baş tutan “Zirə” – “Rəvan” oyununu “1-cilərin mübarizəsi” də adlandırmaq olar. Ötən mövsümü 1-ci divizionda keçirən və ilk iki pillədən heç birinə yüksələ bilməyən, lakin “eksklüziv qərar”la elitaya yüksəldilən iki klubun mübarizəsində sevinən tərəf meydan sahibləri oldu. Amma oyunla bağlı bəzi mənfi məqamlara diqqət yetirməyə dəyər.
İlk olaraq, meydan sahiblərinin iştirak ərizəsinə adı salınmayan Nicat Qurbanovun komanda yoldaşı Nelsonun topu ram edə bilməməsinə kəskin şəkildə reaksiya verərək, ucadan səsləndirdiyi “şikəst” sözünə dair qeydimiz var. Burada futbolçunun matçı kənardan izləyərək, əcnəbinin oynamasına qısqanclıq hissini büruzə verməsi ilə yanaşı, komandadakı təlim-tərbiyə işlərinin də qaydasında olmadığını söyləyə bilərik.
Eyni zamanda, müxtəlif epizodlarda “Zirə”nin meydandakı futbolçularının bir-birlərinə kəskin şəkildə etiraz etmələri də Adil Şükürovun komandasında daxili nizam-intizamın qaydasında olmamasından xəbər verir. Özü də nəzərə alın ki, bu, “Zirə”nin qalib gəldiyi görüşdə baş verir. Bəs "qartallar" sanballı komandalara qarşı oyunda məğlub duruma düşdükdə nələr baş verəcək? Şükürov məşqçiliyə yeni başlayıb və ona məsləhitimiz budu ki, futbolçuların ipini yığsın. Çünki intizamsız komanda heç vaxt nəticə qazana bilməz. Hətta ən bahalı futbolçuları bir araya toplasa belə.
Bir neçə kəlmə də, məşqçilik yükünün altına girən “Rəvan”ın “sükanı arxası”ndakı Emin Quliyev haqda. Gənc çalışdırıcı futbolçu vaxtlarında emosionallığı, sözü kəskin şəkildə deməsi ilə seçilirdi. Ancaq Quliyev bu gün baş məşqçidi və işlətdiyi ifadələrə diqqət yetirməlidi. Müdafiə xəttindən olduqca narazı qalan mütəxəssis, bunu açıq şəkildə KİV təmsilçiləri qarşısında dilə gətirməməlidi. Çünki “daxili mətbəx”də futbolçulara nələrisə deyə bilərsə, aləm xəbər tutduqda, bu, elə həmin ampluanın oyunçularını sındıra bilər. İstər psixoloji baxımdan təzyiq altında qalırlar, istərsə də, özlərini gərəksiz hesab edirlər və ilk imkan düşəcəyi məqamda onlara qapınını göstəriləcəyi düşüncələri ilə meydana çıxırlar. Emin bəy Fərid Quliyevdən narazılığını da aşkar formada dilə gətirib. Hücumçudan ifrat dərəcədə xoşu gəlməyən baş məşqçi bunu da rəsmi açıqlamalarda dilə gətirməməlidi. 
Adil Şükürov və Emin Quliyevə daha təcrübəli məşqçilərdən nümunə götürməyi tövsiyə edərdik. Məsələn, Yunis Hüseynov hazırda ən çox əziyyət çəkən Premyer Liqa məşqçisidi. Amma təcrübəli çalışdırıcı bunu elə qapalı şəkildə diqqətə çatdırır ki, hamı sətirarası hər şeyi başa düşsə də, açıq formada heç nədən gileylənmir. Hüseynov oyunçu qıtlığından az qalır özü meydana girsin, ancaq bu mövzuda sual gələrkən, əlindəki materialdan maksimum yararlanmağa çalışdığını önə çəkən çalışdırıcı yaranmış problemin səbəbkarı olmadığını sətirarası diqqətə çatdıra bilir.
Yazını yekunlaşdıraraq, gənc mütəxəssislərə daha təcrübəlilərdən diplomatiyaya öyrənməyi tövsiyə edərdik. Çünki baş məşqçi fakitiki olaraq, komandanın simasını müəyyənləşdirən şəxsdi və məhz onun açıqlamaları klub prezidenti qədər əhəmiyyət kəsb edir.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm