Ölkə futbolu
“Qəbələ” “Hilton”u seçdi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Krasnodar”ın qonağı olacaq “Qəbələ”nin məskunlaşacağı otel müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Hilton” otelində məskunlaşacaq.
Bu barədə futbolinfo.az saytına məlumatı Krasnodar səfərindən yenicə qayıdan Qəbələ klubunun meneceri Səbuhi Səfiyarlı verib. O, “qırmızı-qaralar”ın səfərə oyundan bir gün öncə çıxacağını bildirib: “Krasnodara çarter reysi ilə yollanmağı planlaşdırırıq. Sentyabrın 30-da, günün birinci yarısı yola düşəcəyik”.
Səfiyarlı sözlərinə Qəbələdən, yoxsa Bakıdan yola düşəcəklərini hələ müəyyənləşdirmədiklərini, bu məsələyə də yaxın günlərdə tam aydınlıq gətiriləcəyini əlavə etdi.
Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” matçı oktyabrın 1-də, Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.