Premyer-liqa
Azarkeşlər "Sumqayıt" rəhbərliyinə qarşı: "Rədd olun"
Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, AZAL səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalaraq, cari mövsümdə ilk qol və xalına sevinib.
"Kapital Bank Arena"dakı oyundan sonra qalmaqal yaşanıb. Belə ki, Sumqayıt klubunun məşqçisi Mübariz Orucov matçın hakimlərinə hücum çəkib. Aranı çətinliklə sakitlişdiriblər.
Digər bir gərginlik isə ev sahibi komandanın azarkeşləri ilə bağlı olub. Belə ki, Cari mövsümdə xalsız və qolsuz qalan AZAL-ın hesabı bərabərləşdirməsi sumqayıtlıları özündən çıxarıb. Göstərilən zəif oyundan təngə gələn fanatlar "Sumqayıt" klubun rəhbərliyini hədəfə alıb. Onalr klub prezidenti Kamran Quliyev əleyhinə şüarlar səsləndirib. Fanatlar "rədd olun, gedin" kimi şüarlar səsləndirərək, klubun və göstərilən oyunun artıq onları bezdirdiyini bildiriblər. Həmin vaxt isə Quliyev gözə dəymirdi.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var