Ölkə futbolu
Bilet satışı başladı: "Qarabağ"dan yeniliklər – FOTO
Oktyabrın 1-də Avropa Liqasının qrup mərhələsi çər&cced…
Oktyabrın 1-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Anderlext" matçının biletləri bu gün səhər saatlarından başlayaraq satışa çıxarılıb. Futbolinfo.az xəbər verir ki, biletlərin qiyməti sektordan asılı olaraq, 2, 3, 5, 8,10, 15 və 20 manatdı.
Stadionun qarşısında olan əməkdaşımızın verdiyi məlumata görə, budəfəki bilet satışında yeniliklər var. Belə ki, əvvəlkindən fərqli olaraq, 3 yox 7 kassa fəaliyyət göstərir. Hər kassanın yuxarı hissəsinə vurulmuş bannerdə isə həmin bölmədə satılan biletlərin qiyməti və hansı sektora satıldığı qeyd olunub. Bundan başqa, digər bannerdə isə stadionun sxemi və matçın elanı qeyd olunub.
Digər yenilik isə fəaliyyət göstərən 7 kassadan 6-da xanım, satıcıların işləməsidi. Yalnız 2-ci sektora bilet satışını həyata keçirən "İmarət" fan-klubunun üzvləridi.
Bu qədər yeniliklərə baxmayaraq, kassaların qarşısında elə də böyük izdiham yaşanmır. Çox güman ki, satış iş vaxtı ilə üst üstə düşdüyü üçün kassalar qarşısında azarkeş qıtlığı var.
Satışı həyata keçirən xanımlar və nəzarətçilər Azərsun Holdinqin işçiləridi. Onlara bu işdə könüllülər kömək edir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq