Ölkə futbolu
“Xəzər Lənkəran”da mühafizəçilər də iş axtarır
“Xəzər Lənkəran”ın “Zirə”yə də məğlu…
“Xəzər Lənkəran”ın “Zirə”yə də məğlub olması göstərdi ki, komanda bu mövsüm autsayderlər sırasından qurtula bilməyəcək. Evdə, özü də debütanta məğlubiyyətdən sonra fərqli aqibəti düşünmək də yersizdi.
İndi cənublular Allahın ümidinə qalıb. Klubun sahibi Mübariz Mənsimov qardaşı olan prezident Mais Mənsimovun yarıtmaz idarəçiliyindən, onu dəfələrlə aldatmasından o qədər bezib ki, komandaya gözünün ucu ilə də baxmır. Saysız-hesabsız sanksiyalar, FİFA-ya şikayətlər və bunun gətirdiyi qadağalar, cərimələr “Xəzər Lənkəran”ı böhran quyusunun dibinə çəkib.
Cərimələri ödəyə bilməyən Lənkəran klubunun rəhbərliyi futbolçulara da külli miqqdarda borcludu. Yerli stadionun, eləcə də klubun işçilərinə çoxdandı ödəmə etməyən rəhbərlik hətta mühafizəsiz qala bilər. Çünki “Xəzər Lənkəran”ın yerli stadionunun muhafizəçiləri 5 aydı maaş almır. Gözünü Qurban bayramına dikən, heç olmasa, həmin gün sevindiriləcəklərinə ümid edən işçilər yenə əliboş qalınca özünə iş axtarmağa başlayıb.
Mühafizəçilərin bir çoxu başqa şirkətlərdə işə düzəlib, indiyədək gözləyənlər isə rəhbərliklə sonuncu dəfə görüşüb qərarını verəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın