Milli komanda
Yığmamız ilk matçına çıxır
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çem…
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, seçməmiz Belçikanın Lyej şəhərindəki Academie Robert Louis-Dreyfus stadionunda Çexiya komandası ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçın baş hakimi polşalı Eva Auqustyndı. Ona həmyerlisi Katarzyna Vasiak və belçikalı Joline Delkrois kömək edəcək. Dördüncü hakim isəyenə belçikalı Lois Ottedi.