Əvəzedicilər
"Qarabağ"a 100, "İnter"ə 500 manat
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 6-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“İnter” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.