Ölkə futbolu
XL üçün son həftə
FİFA-nın məlum transfer qadağasından sonra “Xəzər Lənkə…
FİFA-nın məlum transfer qadağasından sonra “Xəzər Lənkəran”ın İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyini bildirmişdik. Futbolinfo.az xəbər verir ki, CAS bu məsələyə 1 həftə sonra baxacaq.
Belə ki, qurum cənubluların verdiyi şikayəti yenidən FİFA-ya göndərib. Onlar ali futbol qurumuna qərarını yenidən gözdən keçirmək üçün 10 gün vaxt verib. Həmin qoyulan müddət isə bu həftə bitəcək. Bundan sonra məsələ yenidən CAS-a göndəriləcək və məhkəmə FİFA-nın qərarı haqqında mövqeyini açıqlayacaq.