Ölkə futbolu
"Neftçi"dən 8 qol
Ötən gün AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liq…
Ötən gün AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında III turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin U-15 komandası AZAL-ı qəbul edib.
Görüş "ağ-qaralar"ın 8:0 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Arslan Quliyevin yetirmələrinin qollarından 3-nü Yaqub Hüseynov vurub. Nicat Məmmədov, Turan Əhmədov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov və Orxan Fərəcov isə hərəyə 1 dəfə fərqləniblər.